2017 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlər
İndi al
Dekabrın 5-də Azərbaycanın dörd iri könüllülər proqramı bu əlamətdar gündə ölkədə gənclər arasında könüllülük fəaliyyətinə maraq oyatmaq və müxtəlif təşkilatlar üzrə könüllülük fəaliyyəti göstərənlər arasında həmrəylik yaratmaq məqsədi ilə “5 dekabr – Beynəlxalq Könüllülər Günü” çərçivəsində Park Bulvar alış-veriş mərkəzində bir araya gəldilər.

Park Bulvarın dəstəyi ilə baş tutan tədbirdə 2017 Formula 1 Azərbaycan Qran Prisi, Bakı 2017 İslam Həmrəyliyi Oyunları, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) və “BİR” Tələbə-Könüllü Proqramını təmsil edən 200-dən çox fəal könüllüsü iştirak etdi. Tədbiri izləməyə gələnlərə könüllülük fəaliyyəti haqqında məlumat verildi, könüllülərin maraqlarına istiqamətlənmiş bir sıra əyləncəli fəaliyyətlər nümayiş olundu və tədbirin sonunda könüllü təmsilcilərindən ibarət gənc musiqiçilərın iştirakı ilə konsert proqramı baş tutdu.

Tədbir təşkilatçıları bayram münasibətilə bütün könüllüləri təbrik edərək könüllü fəaliyyət göstərmək istəyən hər kəsi bayramı birlikdə qeyd etməyə və həmçinin arzuladığı proqrama qoşulmağa dəvət etdilər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İnsan Resursları şöbəsinin və eyni zamanda Formula 1 Azərbaycan Qran Prisi Könüllülər Proqramının rəhbəri İranə Əhmədova könüllü olmaq istəyənləri bu imkandan yararlanmağa çağırdı: “Bildiyiniz kimi 2017-ci ildə Bakıda sayca ikinci Formula 1 yarışı keçiriləcəkdir. Sözsüz ki, bu yarışın da görünməyən qəhrəmanları yenə də məhz siz – könüllülər olacaqsınız. Bu il keçən ildən fərqli olaraq sizlər üçün BŞH Akademiyasını təsis etdik. Akademiya hər bir könüllümüzün fərdi inkişafında əvəzsiz rol oynayacaqdır. Akademiyada könüllülərin şəxsi inkişafına hesablanmış müxtəlif təlimlər və xarici dillər üzrə danışıq klubları təşkil olunacaq. Formula 1 yarışı üçün qeydiyyat artıq elan olunub və əminik ki, hər biriniz bizim komandaya qoşularaq sürətə həyəcan qatacaqsınız.”

Bakı 2017 İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov da öz çıxışında hamını qeydiyyat qurtarmadan könüllülər proqramına qoşulmağa səslədi: “Bakı 2017 İslam Həmrəyliyi Oyunlarını xüsusi edən əsas amillərdən biri məhz bizim könüllülərimizdir. Bu gün – Beynəlxalq Könüllülər Gününündə könüllülərimizin həyəcanını görmək çox sevindiricidir. Çünki bu, onların evsahibliyi edəcəyimiz möhtəşəm idman tədbirini böyük səbirsizliklə gözlədiyindən xəbər verir. Artıq 10 mindən çox gəncin müraciət etdiyi Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Könüllülük Proqramı könüllülərimizin beynəlxalq arenada Azərbaycanı təmsil etməsi üçün əvəzolunmaz fürsətdir və bu fürsətdən yararlanaraq faydalı təcrübə qazanmaq istəyənləri qeydiyyat mərhələsi bitmədən öncə Bakı 2017 Könüllülük Proqramına qatılmağa dəvət edirəm.”

“ASAN School” könüllülük məktəbinin rəhbəri və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev də şəxsi inkişafa nail olmaq istəyən gəncləri könüllülük fəaliyyətinə qoşulmağa dəvət etdi: “Şəxsi inkişafa gedən yol könüllülükdən keçir. Bütün gəncləri öz karyeralarını daha sağlam təməllərdə qurmaq üçün könüllülük fəaliyyətinin əsas iştirakçıları olmağa çağırıram”.

“BİR” Tələbə-Könüllü Proqramının meneceri Tural Abdullazadə öz müraciətində ölkənin gələcəyi adına çalışmaq istəyən hər bir tələbəni bu uğurda böyük addımlar atmağa çağırdı: "Tələbə-könüllülərin fəaliyyəti yalnız öz gələcəkləri üçün deyil, həm də bütün Azərbaycanın gələcəyi üçün atılmış addımlardır. "BİR" Tələbə-Könüllü Proqramı olaraq bu addımları dəstəkləmək və istiqamətləndirmək kimi məsuliyyətli işi öz üzərimizə götürmüşük."
Qeyd edək ki, könüllülük proqramına qoşulanlar yeni dostlar və iri miqyaslı beynəlxalq tədbirlərin keçirilməsinə dair böyük təcrübə qazanmaqla yanaşı öz bilik və bacarıqlarını qısa müddət ərzində sürətlə inkişaf etdirmək imkanına sahib olacaqlar.




Azərbaycan könüllüləri Beynəlxalq Könüllülər Gününü qeyd etdilər

Azərbaycanda ilk dəfə təşkil olunan Formula 1 yarışından sonra keçirilən mükafatlandırma mərasimində 2016-cı il Formula 1 Avropa Qran Prisinin kubokları qaliblərə təqdim olundu.

+

Red Bull Skydive komandasının iki ən istedadlı üzvü Bakıya səfərləri çərivəsində şəhər sakinlərinin qarşısında inanılmaz hava akrobatikası bacarıqlarını nümayiş etdirdilər.

+

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakıya səfər edib.

+

Sahara Force India komandasının pilotu Serxio Perez ilə eksklyüziv müsahibə.

+

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu ilin yayında Azərbaycanda keçiriləcək Formula 1 Avropa Qran Prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışını elan edir.

+

Dünya musiqisinin ulduzları 17-19 iyun tarixlərlərində Bakıda baş tutacaq Formula 1 Avropa Qran Prisi çərçivəsində konsert proqramları keçirəcək.

+

Yarış halqası müxtəlif texnoloji sistemlərdən və avadanlıqlardan ibarət olan mürəkkəb sistemdir. Bəs bu sistem necə işləyir?

+

Today we will tell you about the best four Bahrain Grand Prix.

+

Bakı Şəhər Halqasanın arxitektoru Herman Tilke ilə eksklüziv müsahibə

+


2017 Formula 1 Avropa Qran Prisinə biletlərin satışı haqqında ilk məlumatı Sən əldə et və Bakı Şəhər Halqası haqqında olan bütün yenilikləri bizdən öyrən.