2017 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlər
İndi al
Sahara Force India komandasının pilotu Serxio Perez ilə eksklyüziv müsahibə.

Bakı Şəhər Halqasının quruluşu haqqında nə düşünürsünüz?

Bu trek çox ensiz və çətin görünsə də, əslində çox gözəl şəhər trekidir. Həmçinin, trek dənizin kənarında yerləşir, odur ki, TV-də izləyən tamaşaçılar bu görüntüdən zövq alacaqlar. Yeni məkanları kəşf etmək hər zaman maraqlıdır, əminəm ki, bu trek azarkeşlər arasında populyarlıq qazanacaq. Şəhər trekləri pilotlar üçün daha çətin olsa da, mən tezliklə bu trekdə yarışmaq istərdim.

Mövsümün ilkin nəticələri haqqında nə demək istərdiniz? Sizi qane edirmi? 

Hələki yarışların gedişatı mənim istədiyim kimi deyil. Avstraliyadakı yarışda qırmızı bayraq nəticəsində yarış strategiyam alınmadı və uğursuzluqla üzləşdim. Daha sonra Bəhreyndəki yarış zamanı Seynzlə toqquşduqda avtomobilimin ön yan tərəfi qopdu. Bəhreyndə komandamızın xal qazanacağına ümid bəsləyirdim, lakin son bir neçə dövrələrdə xalları itirdik. Mən əminəm ki, biz yaxpn zamanlarda gücümüzü göstərə biləcəyik. Sonuncu yarışda komandamız yeddinci yerə çıxmaqla avtomobilimizin kifayət qədər sürətli olduğunu sübut etdi və fikrimcə, bu yaxşı işarədir. 

Yeni ölkəyə və ya yeni trekə gələrkən etdiyiniz ilk iş nə olur? 

Bu, mənə yeni macəranı xatırladır. İlk səfər həmişə maraqlıdır – yeni şəhər, yeni otel, kəşf etməli olduğum yeni məkanlar. Mən şadam ki, bizim yarışlarımız yeni məkanlarda keçirilir və bu, bizə həmin ölkələrdəki azarkeşlərlə görüşmək imkanı yaradır. Əlbəttə ki, yarışlar yeni yerdə keçirilirsə, həmin treklə tanış olmaq çox vacibdir. Komandanın mühəndisləriylə birlikdə trekə baxış keçirmək əhəmiyyətlidir, lakin cümə günü sərbəst yürüşlərdə iştirak etmək daha böyük əhəmiyyət daşıyır.  Dövrələrdəki yarış sürətinə uyğunlaşmalısan. 

Yarış karyeranızda yadınızda qalan ən gülməli an hansı olmuşdur? 

Bu hadisə Sauber komandasının heyətində  Suzuka trekində yarışarkən olub. Yarışın sonuncu dövrəsində komandamızın üzvləri ilə radio-əlaqə yaradıb yanacağımın bitdiyini xəbər verdim. Mən finiş xəttini keçdikdən sonra Piter Sauber bir az həyəcanlanmışdı.

2016-cı il mövsümündə əsas hədəfiniz nədir? 

Formula 1 yarışlarında şəxsi nəticələrimi yüksəltmək, ötən ildəki nailiyyətlərimizi daha da yaxşılaşdırmaq

Zəhmət olmasa, aşağıdakı şəxsləri/anlayışları üç sözlə təsvir edin:  

1.    Luis Hamilton – Sürətli, gülməli, çempion 
2.    Berni Eklstoun – Rəhbər, ağıllı, zəngin 
3.    Daniil Kvyat – Ucaboy, rus, əyləncəli
4.    Fernando Alonso – Cəld, müvəffəqiyyətli, qərarlı 
5.    Niko Hulkenberq – Alman, komanda yoldaşım, rəqib 
6.    Formula 1 – Xəyalım, işim, həyatım 
7.    2016-cı il FORMULA 1 AVROPA  QRAN PRİSİ – Rəqabət, həyəcan, yeni macəra 

Azərbaycandakı azarkeşlərinizə nə demək istərdiniz? 

Orada məni nəyin gözlədiyindən xəbərsizəm, lakin onlarla görüşməyi və bu möhtəşəm tədbirdə iştirak etməyi səbrsizliklə gözləyirəm. 

    

Azərbaycanda ilk dəfə təşkil olunan Formula 1 yarışından sonra keçirilən mükafatlandırma mərasimində 2016-cı il Formula 1 Avropa Qran Prisinin kubokları qaliblərə təqdim olundu.

+

Red Bull Skydive komandasının iki ən istedadlı üzvü Bakıya səfərləri çərivəsində şəhər sakinlərinin qarşısında inanılmaz hava akrobatikası bacarıqlarını nümayiş etdirdilər.

+

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakıya səfər edib.

+

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu ilin yayında Azərbaycanda keçiriləcək Formula 1 Avropa Qran Prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışını elan edir.

+

Dünya musiqisinin ulduzları 17-19 iyun tarixlərlərində Bakıda baş tutacaq Formula 1 Avropa Qran Prisi çərçivəsində konsert proqramları keçirəcək.

+

Yarış halqası müxtəlif texnoloji sistemlərdən və avadanlıqlardan ibarət olan mürəkkəb sistemdir. Bəs bu sistem necə işləyir?

+

Today we will tell you about the best four Bahrain Grand Prix.

+

Bakı Şəhər Halqasanın arxitektoru Herman Tilke ilə eksklüziv müsahibə

+

Bu il Bakıda Formula 1 üzrə ilk dəfə keçiriləcək Avropa Qran Prisinin başlamasına 3 ayın qaldığı bir ərəfədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ölkə ictimaiyyətini Novruz Bayramı münasibəti ilə təbrik edir və böyük məmnuniyyətlə hamını bayram müddətində dənizkənarı bulvarda salınacaq Formula 1 əyləncə zonasını ziyarət etməklə yanaşı axşamları burada təşkil olunacaq konsert proqramlarında iştirak etməyə dəvət edir.

+


2017 Formula 1 Avropa Qran Prisinə biletlərin satışı haqqında ilk məlumatı Sən əldə et və Bakı Şəhər Halqası haqqında olan bütün yenilikləri bizdən öyrən.