2017 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlər
İndi al
Red Bull Skydive komandasının iki ən istedadlı üzvü Bakıya səfərləri çərivəsində şəhər sakinlərinin qarşısında inanılmaz hava akrobatikası bacarıqlarını nümayiş etdirdilər.

Red Bull Skydive (paraşüt) komandasının iki ən istedadlı üzvü – Marko Valtenşpil və Corc Latner Bakıya səfərləri çərivəsində şəhər sakinlərinin qarşısında inanılmaz hava akrobatikası bacarıqlarını nümayiş etdirərək insanların uçmaq arzusunun artıq gerçək olduğunu sübuta yetirdilər. 

Güclü küləyin olmasına və hava şəraitinin tez-tez dəyişməsinə baxmayaraq, akrobatlar nəfəskəsici vinqsyut (parçadan tikilmiş qanad-kostyum) və beyscampinq (tərpənməz obyektlərdən tullanma) elementlərini uğurla həyata keçirdilər.  

Şou zamanı Marko və Corc Azərbaycanın dövlət bayrağını, o cümlədən 2016 Formula Bir Avropa Qran Prisinin bayrağını başgicəlləndirici yüksəkliyə qaldıraraq Bakı buxtasının üzərində dalğalandırdılar və şəhərin ecazkar görünüşünə xüsusi rəng qatdılar. 

Marko Valtenşpil və Corc Latner Avstriyalı paraşütçülərdir və hər ikisi əsasən, vinqsyut uçuşu və beyscampinq üzrə ixtisaslaşıblar. Marko paraşütlə tullanma ilə 2011-ci ildən məşğul olur, lakin ilk tandem tullanışını 11 yaşında olarkən reallaşdırıb.  

Havada qəhrəmancasına nümayiş etdirdiyi çıxışdan sonra müsahibə verən Marko bunları qeyd etdi: “Müəyyən yerlərdə hava kifayət qədər küləkli idi, lakin ümumi götürdükdə, Bakı səması paraşütçülük etmək üçün çox əlverişlidir. Azərbaycan bayrağını havada dalğalandırmaq mənim üçün qürurverici bir hiss idi. Eyni zamanda, Bakı sakinlərinə belə həvəsləndirici anlar və yaddaşlarda qalacaq xatirə yaşada bildiyim üçün sevincliyəm”. 

Corc 12 yaşındaykən ilk dəfə Salzburq şəhərində tandem tullanışını sınayıb. Elə həmin ildə də hava idmanı ilə peşəkar səviyyədə məşğul olmaq qərarına gələn idmançı bu arzusunu yetkinlik yaşında həyata keçirməyi bacarıb. 

Paraşütlə tullanmanı həyata keçirdikdən sonra Corc öz hisslərini belə ifadə etdi: “Yüksəklikdən tullanma növləri arasında mənim ən çox xoşladığım vinqsyut uçusudur və Bakı səmasında tullanmaqdan sözün əsl mənasında zövq aldım. Bugünkü küləklə bacarmaq sözsüz ki, çətin idi, amma buna baxmayaraq mən xeyli əyləndim. Şəhərin üzərində süzərkən və küçələrində gəzişərkən Bakının Avropa Qran Prisini qarşılamağa hazır olduğuna şahidlik etdim”.  


Azərbaycanda ilk dəfə təşkil olunan Formula 1 yarışından sonra keçirilən mükafatlandırma mərasimində 2016-cı il Formula 1 Avropa Qran Prisinin kubokları qaliblərə təqdim olundu.

+

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakıya səfər edib.

+

Sahara Force India komandasının pilotu Serxio Perez ilə eksklyüziv müsahibə.

+

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu ilin yayında Azərbaycanda keçiriləcək Formula 1 Avropa Qran Prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışını elan edir.

+

Dünya musiqisinin ulduzları 17-19 iyun tarixlərlərində Bakıda baş tutacaq Formula 1 Avropa Qran Prisi çərçivəsində konsert proqramları keçirəcək.

+

Yarış halqası müxtəlif texnoloji sistemlərdən və avadanlıqlardan ibarət olan mürəkkəb sistemdir. Bəs bu sistem necə işləyir?

+

Today we will tell you about the best four Bahrain Grand Prix.

+

Bakı Şəhər Halqasanın arxitektoru Herman Tilke ilə eksklüziv müsahibə

+

Bu il Bakıda Formula 1 üzrə ilk dəfə keçiriləcək Avropa Qran Prisinin başlamasına 3 ayın qaldığı bir ərəfədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ölkə ictimaiyyətini Novruz Bayramı münasibəti ilə təbrik edir və böyük məmnuniyyətlə hamını bayram müddətində dənizkənarı bulvarda salınacaq Formula 1 əyləncə zonasını ziyarət etməklə yanaşı axşamları burada təşkil olunacaq konsert proqramlarında iştirak etməyə dəvət edir.

+


2017 Formula 1 Avropa Qran Prisinə biletlərin satışı haqqında ilk məlumatı Sən əldə et və Bakı Şəhər Halqası haqqında olan bütün yenilikləri bizdən öyrən.