Daha ətraflı məlumat almaq üçün tribunanın adına klikləyin.
Ayaqüstü zona
Ayaüstü zonalar trek boyunca sərbəst hərəkət edərək yarışa fərqli yerlərdən tamaşa etmək istəyən F1 həvəskarları üçün nəzərdə tutulub. İzləyicilər yarışa trekin müxtəlif yerlərində olan tamaşaçı podiumlarından və ya çəmənliklərdə salınmış oturma yerlərindən baxa biləcəklər.
Ayaqüstü yerlərə bilet alanlar üç gün boyunca trek ətrafındakı bütün zonalara giriş hüququ ilə yanaşı bu zonlarda yerləşən çoxsaylı əyləncə, qida və içki məkanlarına çıxış imkanına da sahib olacaqlar.
"Muzey Mərkəzinin qarşısında və Bulvar tribunası ilə üzbəüz yerləşən Xəzər tribunasına (10-cu tribuna) bilet alanlar burada bolidlərin START/FİNİŞ xəttinə doğru saatda 300 km-i aşan sürətlə hərəkətini yaxından müşahidə edə biləcəklər.
Bu tribunaya bilet alan tamaşaçılar bütün zonalara giriş haqqına malikdirlər."
Dənizkənarı parkın Muzey Mərkəzi və Xəzər tribunası (10-cu tribuna) ilə üzbəüz hissəsində yerləşən Bulvar tribunasına (9-cu tribuna) bilet alanlar bolidlərin START/FİNİŞ xəttinə doğru saatda 300 km-i aşan sürətlə hərəkətini izləmək imkanına sahib olacaqlar.
Bu tribunaya bilet alanlar bütün zonalara giriş haqqına malikdirlər.
Filarmoniya tribunasına (11-ci tribuna) bilet alanlar Filarmoniya bağının qarşısında, trekdəki kəskin enişin 16-cı döngəyə keçdiyi hissədə davam edən gərgin mübarizəni izləmək imkanına sahib olacaqlar.
Bu tribunaya bilet alan tamaşaçılar bütün zonalara giriş haqqına malikdirlər.
Qız Qalası ilə üzbəüz yerləşən Qız Qalası tribunasına (6-cı tribuna) bilet alanlar YUNESKO-nun mədəni irsinə daxil edilmiş bu tarixi abidənin nadir mənzərəsi fonunda F1 bolidlərinin yürüşünü seyr etmək imkanına sahib olacaqlar.
Bu tribunaya bilet alan yarış həvəskarları bolidlərin buradan 18-ci döngəyə tərəf son sürətlə hərəkətini və onların Qız Qalasının tam qarşısından keçməklə sürət zolğı boyunca davam edəcək gərgin mübarizəsini izləyə biləcəklər.
Qız Qalası tribunasına bilet alanlar bütün zonalara giriş haqqına malikdirlər.
Dənizkənarı park boyunca davam edən sürət xətti üzərində 20-ci döngədə yerləşən Sahil tribunasına (8-ci tribuna) bilet alan tamaşaçılar yolun iki müxtəlif hissəsini eyni anda izləmək imkanına malik olacaqlar.
Trekin bu tribunadan görünən hissəsində bolidlər həm soldan sağa doğru START/FİNİŞ istiqamətində tam sürətlə, həm də trekin digər tərəfində 5-ci və 6-cı döngələri asan keçmək üçün aşağı sürətlə hərəkət edəcəklər. Bu da öz növbəsində tamaşaçılara avtomobil və sürücüləri yaxından izləmək üstünlüyü verəcək.
Sahil tribunasına bilet alanlar bütün zonalara giriş haqqına malikdirlər.
Dənizkənarı parkda yerləşən Kukla Teatrının qarşısındakı Muğam tribunasına (7-ci tribuna) bilet alanlar yolun çarpaz hissəsində görüşən bolidləri eyni anda müşahidə edə biləcəklər.
Trekin Muğam tribunasının düz qarşısında yerləşən qismində bolidlər həm soldan sağa doğru START/FİNİŞ istiqamətində, həm də buna əks istiqamətdə, sağdan sola doğru 7-ci döngəyə tərəf, şəhərin tarixi hissəsinə dönənədək tam sürətlə hərəkət edəcəklər.
Bu tribuna trek üzərindəki mübarizəni yaxından izləmək imkanı verir.
Muğam tribunasına bilet alanlar bütün zonalara giriş haqqına malikdirlər.
Azneft tribunası (5-ci tribuna), Azneft dairəsi ətrafında yarışı yaxından izləməyə imkan verən mükəmməl mövqedə yerləşir. Buraya bilet alan tamaşaçılar dənizkənarı parkın Bakı tennis və yaxt klublarına yaxın olan hissəsində qərarlaşmış nəfəs çəkici 16-cı döngəni ən yaxşı yerdən müşahidə etmək imkanına malik olacaqlar.
Bu tribunaya bilet alanlar bütün zonalara giriş haqqına malikdirlər.
Qala qapılarının yanında yerləşən İçəri Şəhər tribunasına (4-cü tribuna) bilet alanlar yarışı izləməklə yanaşı qədim şəhərin gözəlliklərinə də tamaşa etmək baxımından unikal mövqeyə sahibdirlər.
Bu tribunaya bilet alanlar trasın 8-ci döngədən 11-ci döngəyədək olan hissəsindən çixan bolidləri və ardınca İçəri Şəhər divarları boyu uzanan zolağında ötüşməsini izləmək imkanı verən əvəzolunmaz mövqedə yarışı seyr edəcəklər.
İçəri Şəhər tribunasında olan tamaşaçıların bütün zonalara giriş hüququ var.
Komandaların avtoqarajları ilə üzbəüz yerləşən Abşeron tribunasına (əsas tribuna) bilet alanlar yarışın yüksək adrenalin dolu başlanğıcına şahid olmaq və həyəcan verici pit-stop əməliyyatlarını izləmək üçün ən yaxşı mövqeyə sahibdirlər.
Bu tribunada olan yarış həvəskarları Pit Yolu, start düzülüşü və FİNİŞ xəttini yaxından izləyə biləcəklər.
Abşeron tribunasında əyləşən tamaşaçılar həmçinin yarışın bitdiyini işarə edən FİNİŞ bayrağının dalğalanmasına və Podium mərasiminə yaxından tamaşa edə biləcəklər. Eyni zamanda tamaşaçılar yarış bitdikdən sonra trekdə baş tutacaq bayramda iştirak etmək imkanına sahib olacaqlar.
Başlıca əyləncə və aktivasiya məkanı olan Formula 1 Şəhərciyi, Abşeron tribunasının düz arxasında yerləşdiyi üçün siz trek xaricində cərəyan edən əyləncə tədbirlərini qaçırmayacaqsınız.
Abşeron tribunasına bilet alanlar bütün zonalara giriş haqqına sahibdirlər.

2017 Formula 1 Avropa Qran Prisinə biletlərin satışı haqqında ilk məlumatı Sən əldə et və Bakı Şəhər Halqası haqqında olan bütün yenilikləri bizdən öyrən.