2017 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlər
İndi al

Banklar və kredit kartları 

Bakıda bir çox yerlərdə bankomatlar var və demək olar ki, onların hamısı beynəlxalq debit və kredit kartlarını qəbul edir. 

Bankların əsas filialları bazar ertəsindən şənbəyə (qısa iş günü) qədər işləyir, kiçik filiallar isə şənbə və bazar günləri bağlı olurlar. Beynəlxalq kredit və debit kartları restoranların və böyük mağazaların əksəriyyətində qəbul olunur.

Valyuta

Azərbaycanın milli valyutası Azərbaycan manatıdır (AZN). 1 manat 100 qəpiyə bərabərdir. Manatın 1, 5, 10, 20, 50 və 100-lük əskinasları var.

Azərbaycandan kənarda digər valyutaları AZN-ə dəyişmək mümkün deyil. Buna görə də ölkəyə gələnlər hava limanındakı valyutadəyişmə məntəqəsindən və şəhərdəki bankomatlardan istifadə etməlidirlər. 

Elektrik cihazları

Azərbaycanda standart elektrik təminatı 220 voltdur. Elektrik cihazları və qurğularının 2-bağlı ştepsel başlıqları Avropada standartı olan 220-240 volta uyğundur. 

Çaypulu

Azərbaycanda xidmət üçün çaypulu verilməsi tələb olunmur, amma Bakıda geniş yayılıb. Bəzi mötəbər restoran və otellərdə xidmət rüsumu hesaba daxil edilir. Dünyanın hər bir yerində olduğu kimi gostərilən xidmətin səviyyəsi orta səviyyədən yuxarı olarsa, xidmətə görə çaypulu vermək yüksək qiymətləndirilir.  

Avtomobil icarəsi

Avtomobili icarə etmək üçün bir çox şirkətlərə müraciət edə bilərsiniz. Bakıda avtomobillərin icarəsi üzrə mövcud olan şirkətlərdən ən məşhurları Cars4RentBaku.com və Azrent.az şirkətləridir.

Taksi xidmətləri

Taksi xidmətinə ehtiyacınız olduğu halda adi taksilər üçün +994125653189 nömrəsinə, ənənəvi “London taksiləri” üçün +994125653189 nömrəsinə zəng edin.  

Dil

Ölkənin rəsmi dili Azərbaycan dilidir, amma əksər insanlar rus, türk və ingilis dillərində də danışa bilirlər.

İş saatları

İş vaxtı bazar ertəsindən cümə gününədək saat 09:00-dan 18:00-a qədərdir. Banklar saat 09:00-dan 18:00-a qədər açıq olurlar, amma əməliyyatlar saat 09:30-dan 17:00-a qədər həyata keçirilir. Mağazalar adətən həftənin 7 günü açıq olur və saat 09:30 və ya 10:00-dan 20:00-a qədər işləyir. Barlar və restoranlar adətən 23:00-a qədər fəaliyyət göstərir.

Siqaret çəkmək

Azərbaycanda ictimai yerlərdə, habelə bir çox restoran və barlarda siqaret çəkməyə icazə verilir. Siqaret çəkmək üçün ayrılmış xüsusi məkanlar istisna olmaqla, Bakı Şəhər Halqasının heç bir hissəsində siqaret çəkmək olmaz.

Vergilər (ƏDV) 

Azərbaycanda Əlavə Dəyər Vergisi (ƏDV) sistemi bir çox Avropa ölkələrində tətbiq edilən sistemə bənzəyir və ƏDV satılan mallara və göstərilən xidmətlərə, habelə idxal olunmuş malların qiymətinə əlavə olunur. ƏDV ödəyiciləri, ƏDV tətbiq olunmuş məhsullara ƏDV məbləğindən artıq vəsait ödədikləri halda, ƏDV məbləğindən artıq olan vəsaiti bərpa edə bilərlər.

Telefon

Azərbaycanın ölkə kodu +994-dür, Bakının kodu isə 012-dir. Azərbaycandan beynəlxalq xəttlərə çıxış üçün beynəlxalq kod 00-dır və bu kod digər ölkələrə zəng etdikdə ölkə və şəhər kodundan əvvəl yığılmalıdır. Azərbaycanda mobil telefon nömrələri 10 rəqəmdən ibarətdir və bu nömrələr 050 və ya 051 ilə başlayır. Azərbaycan daxillində zəng etmək üçün bütün 10 rəqəm yığılmalıdır. Məsələn: 050-123-XXXX. Xarici ölkələrdən Azərbaycana zəng etdikdə ölkə kodu nömrəyə əlavə olunur və 1 sıfır silinir. Məsələn: +994-50-123-XXXX. 

Saat qurşağı

Azərbaycanda vaxt (UTC+4) saat qurşağına əsasən hesablanır.

Turistlər üçün məlumat

Bakıda turizm haqqında məlumat www.azerbaijan.travel saytından əldə oluna bilər.


2017 Formula 1 Avropa Qran Prisinə biletlərin satışı haqqında ilk məlumatı Sən əldə et və Bakı Şəhər Halqası haqqında olan bütün yenilikləri bizdən öyrən.