Dörd ən yaxşı Bəhreyn Qran Prisi
Saxir Formula 1 üçün unikal mərhələlərdən biri oldu – Yaxın Şərqdə ilk Qran Pri, bəzi illərdə Avstraliyanı çempionat açılışından məhrum edən, həftə sonu dünya çempionatını müxtəlif konfiqurasiyalarda keçirən unikal trek… Uzun sözün qısası, Bəhreyn Qran Prisinin fəxr edəcəyi bir çox xüsusiyyətləri var…
Bəhreyn Qran Prisi, 2004: səhradan gələn yol
Yaxın Şərqdə maliyyə cəhətdən heç bir zaman çətinlik yaşanmayıb. Ona görə Formula 1 yarışlarının keçirilməsi fikri yekdilliklə qəbul olundu – ucu bucağı görünməyən səhrada ultra müasir avtodrom tikilir. Və 2004-cü ildə Bəhreyn ilk dəfə Formula 1 çempionatını keçirir. Bəhreyndə keçirilən ilk yarış Ferrari adı altında keçirilir – mövsümü ardıcıl iki qələbə ilə başlayan Şumaxer Bəhreyndə də podiumda birinci yerə çıxmağı bacarır. Poul mövqeyi, ən sürətli dövrə və qələbə Saxir avtodoromu üçün Formula 1 tarixində yaxşı başlanğıc olur.
Bəhreyn Qran Prisi, 2005: Alonsonun ilk uğuru
Saxir avtodromu ikiqat dünya çempionu Fernando Alonsonun karyerasında rekord qələbə qazandığı treklərdən biridir. Rəqiblərinin həm texniki, həm də fiziki hazırlıqlarını üstələyən ispan pilot ilk çempionluq mövsümündə öz inamlı qələbəsini məhz Bəhreyn Qran Prisində qazanır. Qarşıdakı ildə mübarizə bir az daha çətin olsa da , nəticə eyni olaraq qalır.
2010-ci ildə Alonso Bəhreyn Qran Prisində üçüncü qələbəsini qazanır. Lakin onu qeyd edək ki, artıq bu il ispan pilotunun məhz Saxir avtodromunda yeganə üçqat çempionluq tituluna son qoyula bilər. Belə ki, braziliyalı Felipe Massa, alman Sebastian Fettel və britaniyalı Luis Hamiltonun aktivində artıq 2 qələbə var.
Bəhreyn Qran Prisi, 2010: Rus pilotun debütu
2010-ci il mövsüm ənənəvi olaraq Avstraliya Qran Prisi ilə deyil, Bəhreyn Qran Prisi ilə başladı. Formula 1 tarixində ilk dəfə olaraq Renault komandasının tərkibində rus pilot – Vitaliy Petrov iştirak edir. Fernando Alonsoya gəlincə isə, ispan pilot Saxir avtodromunda 3-cü qələbəsini, habelə Ferrari komandasının tərkibində ilk Qran Prisini qazanır.
Bəhreyn Qran Prisi, 2012: dörddən dördü
Çempionluq qazanan alman pilot Sebastian Fettel üçün yeni mövsüm uğurla başlamamışdı – birinci poul, birinci sürətli dövrə və birinci qələbəni pilot tam 4-cü mərhələyə kimi – Bəhreyn Qran Prisinə kimi gözləməli olmuşdu. Məhz Saxir avtodromunda Red Bull Racing komandasının pilotu sıralama turunda uğurlu qələbə qazanıb, dövrələrindən birində ən sürətli olmuş və damalı bayrağı görmüşdü. Bundan əlavə, alman pilot Formula 1 tarixində nadir rast gəlinən ardıcıllığı davam etdirmişdi. Belə ki, ilk 4 yarışı 4 fərqli pilot qazanmışdı.
Bu il keçirilən Bəhreyn Qran Prisi yalnızca gecə yarışı olması ilə deyil, həmçinin maraqlı statistikasına görə də seçiləcək. İspan pilotu Alonso bu il öz dominantlığını itirəcəkmi? Aktivində iki qələbə olan hansı pilot - Fettel və ya Hamilton üçüncü qələbəsini bayram edəcək? Bütün bu suallara cavab bu həftəsonu Bəhreyn Qran Prisində tapılacaq.
Mənbə: autosport.com.ru