2017 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlər
İndi al
Alonso, Bottas, Massa, Perez və digər məşhur pilotlar 23-25 iyun tarixlərində Bakıda yarışmağa hazırdırlar

Formula 1 yarışlarında mübarizə aparan ən məşhur pilotlar Bakıda Formula 1-in ən yeni və ən sürətli şəhər treki sayılan Bakı Şəhər Halqasında bu yay yenidən yarışmağı həyəcanla və səbrsizliklə gözlədiklərini bildiriblər.

Bakıda keçiriləcək növbəti Formula 1 yarışından əvvəl Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəsmi veb-səhifəsinə eksklüziv müsahibə verən Valteri Bottas (Mercedes), Daniel Rikkardo və Maks Ferstappen (Red Bull), Felipe Massa (Williams), Serxio Perez (Force India) və ikiqat dünya çempionu və ötən il Bakıda keçirilmiş Formula 1 yarışının rəsmi elçisi Fernando Alonso (McLaren) və digər pilotlar gözoxşayan mənzərəyə sahib Bakıya və Formula 1-in ən yeni şəhər trekinə qayıtmaqdan böyük məmnunluq duyduqlarını bildirdilər. Bu yay Bakı Şəhər Halqasında onları yarışla əlaqədar yeni çətinliklər gözləyir. Formula 1 təqvimində Bakı Şəhər Halqasını özünəməxsus edən ensiz hissələr, 90 dərəcəli döngələr, yoxuşlar və uzun sürətlənmə hissələri bu ilki enli təkərli bolidlər üçün mübarizə şərtlərini ötən illə müqayisədə daha da çətinləşdirəcək:

Serxio Perez: “Müasir və tarixi görkəmə, təzadlı mənzərəyə sahib Bakını çox bəyəndim. İndiyədək səfər etdiyim şəhərlər arasında ən gözəlidir”.

Valteri Bottas: “Bakıya yenidən səfər etmək çox xoşdur. Ötən il mənim üçün böyük sürpriz olmuşdu və mən həqiqətən bu şəhəri çox bəyənmişdim”.

Fernando Alonso: “Bizi hər zaman gülərüzlə və ehtiramla qarşılayan insanlarla yenidən görüşməyi səbirsizliklə gözləyirəm... Biz digər treklər müqayisədə Bakıda olduqca böyük sürətə nail olmuşduq.”

Felipe Massa: “Bakıda yenidən yarışmağı böyük həyəcanla gözləyirəm... Biz ötən il Bakıda iki saniyədən az müddətə pit-stop əməliyyatı reallaşdıra bildik və bu həqiqətən də inanılmaz dərəcədə böyük uğur idi.”

Maks Ferstappen: “Bakıda insanlar çox mehribandır və şəhər hər yönü ilə çox gözəldir”.

Roman Qrojan: “Bakı treki çox həyəcanvericidir. Trekin bəzi hissələri çox dar, bəzi hissələri isə olduqca genişdir”.

Kevin Maqnussen: “Builki geniş təkərli bolidlərlə Bakı trekinin ensiz hissələrində mübarizə aparmaq ötən ilə nisbətən daha çətin olacaq”.

Pilotların 2017 Formula 1 Azərbaycan Qran Prisi haqqında öz fikirlərini bölüşdüyü videonun tamamına baxmaq üçün aşağıdakı video-keçidi klikləyin:

Rəsmi veb-səhifəsində: https://www.bakucitycircuit.com/media/video 
YouTube: https://www.youtube.com/watch?v=txi1rS07GBs&t

2017 Azərbaycan Qran Prisinə bilet satışları davam edir!

Yarış həyəcanını yerində canlı yaşamaq istəyənlərə 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün müxtəlif növ biletlər təklif olunur. 2-16 yaş qrupunda olan azarkeşlər üçün endirimli qiymətə “Azyaşlı” biletləri satışdadır. 

Bakının gözoxşayan mərkəzi küçələrində dünyanın ən sürətli avtomobillərinin gərgin mübarizəsinə iki aydan az müddətin qaldığı ərəfədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 ictimaiyyətinə müraciət edərək avtoidman həvəskarlarını biletləri indidən almağa və bu yay Bakıda baş tutacaq növbəti Formula 1 yarışını birlikdə izləməyə dəvət edir. 

 

Azərbaycanda ilk dəfə təşkil olunan Formula 1 yarışından sonra keçirilən mükafatlandırma mərasimində 2016-cı il Formula 1 Avropa Qran Prisinin kubokları qaliblərə təqdim olundu.

+

Red Bull Skydive komandasının iki ən istedadlı üzvü Bakıya səfərləri çərivəsində şəhər sakinlərinin qarşısında inanılmaz hava akrobatikası bacarıqlarını nümayiş etdirdilər.

+

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakıya səfər edib.

+

Sahara Force India komandasının pilotu Serxio Perez ilə eksklyüziv müsahibə.

+

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu ilin yayında Azərbaycanda keçiriləcək Formula 1 Avropa Qran Prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışını elan edir.

+

Dünya musiqisinin ulduzları 17-19 iyun tarixlərlərində Bakıda baş tutacaq Formula 1 Avropa Qran Prisi çərçivəsində konsert proqramları keçirəcək.

+

Yarış halqası müxtəlif texnoloji sistemlərdən və avadanlıqlardan ibarət olan mürəkkəb sistemdir. Bəs bu sistem necə işləyir?

+

Today we will tell you about the best four Bahrain Grand Prix.

+

Bakı Şəhər Halqasanın arxitektoru Herman Tilke ilə eksklüziv müsahibə

+


2017 Formula 1 Avropa Qran Prisinə biletlərin satışı haqqında ilk məlumatı Sən əldə et və Bakı Şəhər Halqası haqqında olan bütün yenilikləri bizdən öyrən.