2017 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlər
İndi al
2017 Formula 1 Azərbaycan Qran Prisinə 55 gün qalmış, könüllülər aprelin 29-u Dənizkənarı Milli Park ərazisində fləşmob keçiriblər. Formula 1 könüllülərinin himni sədası altında baş tutan fləşmobda 30-u rəqqas olmaqla ümumilikdə 60 könüllü iştirak edib.

Bu fləşmobu digərlərindən fərqləndirən mühüm cəhət isə mahnının nəqarət hissəsinə qurulan rəqsdə işarət dilindən istifadə olunmasıdır. Bunu etməkdə məqsəd könüllü olmaqda heç bir məhdudiyyətin olmadığını vurğulayaraq, fiziki məhdudiyyətli gəncləri sosial həyatda aktiv olmağa və bu fəaliyyətdə birləşməyə səsləməkdir. 

Fləşmobda iştirak edən könüllülər şəhər sakinlərini, eləcə də ölkəmizə təşrif buyuran xarici qonaqları Formula 1 Azərbaycan Qran Prisi haqqında ətraflı məlumatlandırıb və onları bu tədbirdə iştirak etməyə dəvət ediblər. Tədbir ictimaiyyətin böyük marağına səbəb olub.

Bundan əlavə, daima könüllülərlə birgə çalışaraq onların yarışa yüksək əhval-ruhiyyədə hazırlanmasına öz töhfəsini verən məşhur müğənni Miri Yusif könüllülərin qonağı olub. Onlarla öz uğur hekayəsini bölüşən ulduz elçi belə tədbirlərdə aktiv iştirakın mühüm olduğunu bildirib: “Heç vaxt təslim olmayın, həmişə irəli gedin. Mənim həyatımda çox uğursuzluqlar olub, amma mən hər zaman öz üzərimdə işləmişəm və uğur qazanmışam. Siz də həmişə hərəkət etməli, fəal olmalı və dayanmadan öz üzərinizdə işləyib uğur qazanmalısınız”. 

Tədbirdə 100-ə yaxın könüllü iştirak edib. Sonda könüllülər Miri Yusifə onun həyat və yaradıcılığı ilə bağlı onları maraqlandıran suallar veriblər. Ulduz elçi sevilən mahnılarını könüllülərlə birlikdə canlı ifa edib və xatirə şəkli çəkdirib. Miri Yusiflə görüşdən çox məmnun qalan könüllülər yarışın uğurla keçməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Bakı Şəhər Halqasının Könüllülük Proqramı haqqında ətraflı məlumatı aşağıdakı keçidlərdən əldə edə bilərsiniz: 

Veb-səhifə: https://www.bakucitycircuit.com/az/biz-qosul/konullulr
Facebook: www.facebook.com/BakuVolunteers
Instagram: www.instagram.com/formula1europeangpvolunteers/




Azərbaycan Qran Prisinin könüllüləri

Azərbaycanda ilk dəfə təşkil olunan Formula 1 yarışından sonra keçirilən mükafatlandırma mərasimində 2016-cı il Formula 1 Avropa Qran Prisinin kubokları qaliblərə təqdim olundu.

+

Red Bull Skydive komandasının iki ən istedadlı üzvü Bakıya səfərləri çərivəsində şəhər sakinlərinin qarşısında inanılmaz hava akrobatikası bacarıqlarını nümayiş etdirdilər.

+

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakıya səfər edib.

+

Sahara Force India komandasının pilotu Serxio Perez ilə eksklyüziv müsahibə.

+

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu ilin yayında Azərbaycanda keçiriləcək Formula 1 Avropa Qran Prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışını elan edir.

+

Dünya musiqisinin ulduzları 17-19 iyun tarixlərlərində Bakıda baş tutacaq Formula 1 Avropa Qran Prisi çərçivəsində konsert proqramları keçirəcək.

+

Yarış halqası müxtəlif texnoloji sistemlərdən və avadanlıqlardan ibarət olan mürəkkəb sistemdir. Bəs bu sistem necə işləyir?

+

Today we will tell you about the best four Bahrain Grand Prix.

+

Bakı Şəhər Halqasanın arxitektoru Herman Tilke ilə eksklüziv müsahibə

+


2017 Formula 1 Avropa Qran Prisinə biletlərin satışı haqqında ilk məlumatı Sən əldə et və Bakı Şəhər Halqası haqqında olan bütün yenilikləri bizdən öyrən.