2017 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlər
İndi al
Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) aprelin 21-i və 23-də Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində yerli media nümayəndələri üçün “Formula 1 yarışının ümumi qaydaları ilə nəzəri və praktiki tanışlıq” mövzusunda ikigünlük təlim keçirəcək.

Təlimin ilk günündə iştirakçılar Formula 1 Dünya Çempionatının keçirilmə qaydaları, yarışın idarəolunması və ona nəzarətedici heyətin, o cümlədən marşalların əsas vəzifələri və həmçinin yarışla əlaqədar digər zəruri məqamlar haqqında nəzəri biliklər əldə edəcəklər. 

Təlimin ikinci günündə isə BŞH-nin tərkib hissəsində fəaliyyət göstərən Bakı Marşal Klubunun nümayəndələrinin iştirakı ilə Avropa Oyunları Parkında yerləşən təlim trekində Formula 1 Qran Pri yarışı simulyasiya olunacaq. Burada iştirak edən jurnalistlər yarışın idarəolunması və ona nəzarətlə əlaqədar praktiki biliklərə yiyələnəcək və yarış qaydalarının necə tətbiq olunduğunu əyani şəkildə müşahidə edə biləcəklər.

BŞH-nin Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri Nigar Arpadarai media nümayəndələrini yerli jurnalistlər üçün keçiriləcək xüsusi təlimə dəvət edir: “Biz yerli jurnalistlərin Formula 1 yarışının dərinliklərinə yiyələnmələri üçün mütəmadi olaraq təlimlər keçiririk. 

Şübhəsiz ki, dünya əhəmiyyətli F1 çempionatını səhih və oxunaqlı şəkildə təqdim etmək üçün jurnalist ilk növbədə trekdə nə baş verdiyinə yaxından bələd olmalıdır. Bu məqsədlə də biz yarışın əsas reqlamentlərinə işıq salmaq üçün bilavasitə Bakı Marşal Klubunu təlimçi qismində işə cəlb edirik. 

Əhatə etdiyi mövzunun xüsusiyyəti baxımından bu dəfə keçirəcəyimiz təlim bu ilin yayında Bakıda baş tutacaq Azərbaycan Qran Prisindən əvvəl baş tutacaq sonuncu irimiqyaslı təlimdir və Formula 1 ilə tanış olmaq istəyən bütün jurnalistləri bu fürsətdən yararlanmağa çağırıram”. 

Təlimə qeydiyyatdan keçmək istəyən media nümayəndələri bu keçidə daxil olaraq müvafiq formanı doldurub təsdiqləməlidirlər: https://docs.google.com/a/bakugp.az/forms/d/e/1FAIpQLSd-TpXNXN2X6uQtIwvV6JWDUQb93p667mpLeUZKxZ6x2T3FKA/viewform?c=0&w=1 

Azərbaycanda ilk dəfə təşkil olunan Formula 1 yarışından sonra keçirilən mükafatlandırma mərasimində 2016-cı il Formula 1 Avropa Qran Prisinin kubokları qaliblərə təqdim olundu.

+

Red Bull Skydive komandasının iki ən istedadlı üzvü Bakıya səfərləri çərivəsində şəhər sakinlərinin qarşısında inanılmaz hava akrobatikası bacarıqlarını nümayiş etdirdilər.

+

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakıya səfər edib.

+

Sahara Force India komandasının pilotu Serxio Perez ilə eksklyüziv müsahibə.

+

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu ilin yayında Azərbaycanda keçiriləcək Formula 1 Avropa Qran Prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışını elan edir.

+

Dünya musiqisinin ulduzları 17-19 iyun tarixlərlərində Bakıda baş tutacaq Formula 1 Avropa Qran Prisi çərçivəsində konsert proqramları keçirəcək.

+

Yarış halqası müxtəlif texnoloji sistemlərdən və avadanlıqlardan ibarət olan mürəkkəb sistemdir. Bəs bu sistem necə işləyir?

+

Today we will tell you about the best four Bahrain Grand Prix.

+

Bakı Şəhər Halqasanın arxitektoru Herman Tilke ilə eksklüziv müsahibə

+


2017 Formula 1 Avropa Qran Prisinə biletlərin satışı haqqında ilk məlumatı Sən əldə et və Bakı Şəhər Halqası haqqında olan bütün yenilikləri bizdən öyrən.