2017 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlər
İndi al
Devid Kulthardın sözlərinə görə hazırki Formula 1 pilotları Bakı Şəhər Halqasında iştirak edəcəklərinə görə çox şanslıdırlar.

Red Bull-un səfiri kimi Bakıya daha öncə səfər etmiş Kulthardın sözlərinə görə hazırki Formula 1 pilotları Bakı Şəhər Halqasında iştirak edəcəklərinə görə çox şanslıdırlar. Azərbaycan Qran Prisi planlarına şahidlik edən ilk şəxslərdəndir. Uğurlu debütdən sonra Bakı bu iyun ikinci yarışa hazırlaşır. 13 dəfə Qran Pri qalibi olmuş Kulthard əvvəllər bu halqada yarışmaq imkanı olmasını arzuladığını dilə gətirib. 

“Qran Prinin keçiriləcəyini eşidəndə Bakıya gəldim. O vaxt yarış trekinin hələ bünövrəsi yox idi”, deyə Kulthard çərşənbə günü Bakı Şəhər Halqasına səfəri zamanı qeyd edib. “Ötən il trekin necə olduğu məlumatlarından yararlana bilərik. Pit kompleksi və baryerlərin bəziləri hələ də yerindədir. Bakı Monte Karlo kimi izdihamlı şəhərdir. Pit və baryerlərin böyük hissəsini götürmək lazımdır”. 

“Bilirik ki, bu yarış trekinin çətinliyi pilotların çox xoşuna gəlib. Bu danılmazdır. Valensiya şəhərinə böyük sevgim var. Ecazkar memarlığı olan gözəl şəhərdir. Ancaq ordakı trek pilotların o qədər də həyəcanına səbəb olmayıb. Onlar sadəcə yarışıblar”.

“Ötən il Qran Pridə iştirak edən pilotlar yarışdan sonra bir-birlərindən ‘bu döngəni rahat keçə bildinmi’ deyə soruşanda həyəcanlarını gizlədə bilmirdilər, çünki şəhər halqası pilotları uğur və uğursuzluq arasında sınağa çəkirdi. Hər baryeri aşdıqca millimetrləri hiss edirsən. Uzun müddət keçsə də bu hissin necə olduğunu hələ də yaxşı xatırlayıram. Odur ki, bu halqada yarışmağı çox istərdim”.

2017 Formula 1 Azərbaycan Qran Prisi 23-25 iyun tarixində baş tutacaq. 

Azərbaycanda ilk dəfə təşkil olunan Formula 1 yarışından sonra keçirilən mükafatlandırma mərasimində 2016-cı il Formula 1 Avropa Qran Prisinin kubokları qaliblərə təqdim olundu.

+

Red Bull Skydive komandasının iki ən istedadlı üzvü Bakıya səfərləri çərivəsində şəhər sakinlərinin qarşısında inanılmaz hava akrobatikası bacarıqlarını nümayiş etdirdilər.

+

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakıya səfər edib.

+

Sahara Force India komandasının pilotu Serxio Perez ilə eksklyüziv müsahibə.

+

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu ilin yayında Azərbaycanda keçiriləcək Formula 1 Avropa Qran Prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışını elan edir.

+

Dünya musiqisinin ulduzları 17-19 iyun tarixlərlərində Bakıda baş tutacaq Formula 1 Avropa Qran Prisi çərçivəsində konsert proqramları keçirəcək.

+

Yarış halqası müxtəlif texnoloji sistemlərdən və avadanlıqlardan ibarət olan mürəkkəb sistemdir. Bəs bu sistem necə işləyir?

+

Today we will tell you about the best four Bahrain Grand Prix.

+

Bakı Şəhər Halqasanın arxitektoru Herman Tilke ilə eksklüziv müsahibə

+


2017 Formula 1 Avropa Qran Prisinə biletlərin satışı haqqında ilk məlumatı Sən əldə et və Bakı Şəhər Halqası haqqında olan bütün yenilikləri bizdən öyrən.