2017 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlər
İndi al
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu ilin yayında, 23-25 iyun tarixlərində, Bakıda ikinci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün yerli medianın akkreditasiya prosesini açıq elan edir.

Yarışa qeydiyyat prosesi barəsində ətraflı məlumat vermək məqsədilə əməliyyat şirkəti fevralın 20-də, “Hilton Baku” otelində media nümayəndələri ilə görüş keçirib. Görüşdə jurnalistlərə Azərbaycanda növbəti səfər baş tutacaq Formula 1 yarışına akkreditasiyaya dair onlayn portal və media bələdçisi təqdim olunub, qeydiyyat prosesi ilə bağlı iştirakçıları maraqlandıran bütün suallara aydınlıq gətirilib.

Məlumata görə, Formula 1 Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2017-ci il FIA Formula 1 Dünya Çempionatının hər bir yarışı üçün medianın akkreditasiyası prosesi  Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur və müraciət edən Kütləvi İnformasiya Vasitələrinin (KİV) növündən asılı olaraq üç şəkildə həyata keçirilir:

• BŞH vasitəsilə onlayn akkreditasiya: Yalnız Formula 1 Azərbaycan Qran Prisinə media akkreditasiyası almaq istəyən yerli KİV-ə: qəzet, jurnal, televiziya, radio, xəbər agentlikləri və vebsayt əməkdaşlarına şamil olunur.
• FIA-nın rəsmi vebsaytı vasitəsilə onlayn akkreditasiya: Bu, 2017-ci il FIA Formula 1 Dünya Çempionatının digər yarışlarına qeydiyyat üçün müraciət edən bütün yerli və beynəlxalq KİV-ə, o cümlədən qəzet, jurnal, xəbər agentlikləri və vebsayt əməkdaşlarına şamil olunur.
• Hər hansı bir kütləvi informasiya vasitəsini təmsil etməyən fotoqraflar bir qayda olaraq yarışın kommersiya hüquqlarına nəzarət edən quruma – FOM-a müraciət etməlidirlər. Bunun üçün gərəkli olan məlumatlar BŞH akkreditasiya veb səhifəsində ətraflı göstərilmişdir. 

Qeyd edək ki, yerli media nümayəndələrinin yarışa qeydiyyatı BŞH vasitəçiliyi ilə həyata keçiriləcək. Akkreditasiya prosesi martın 31-i, saat 17:00-dək davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər https://www.bakucitycircuit.com/az/media/media-accreditation keçidi vasitəsilə BŞH rəsmi veb səhifəsində olan formanı dolduraraq onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Hörmətli media nümayəndələri! Sizi tezliklə qeydiyyatdan keçərək Bakıda ikinci dəfə baş tutacaq Formula 1 Azərbaycan Qran Prisində iştirak etməyə dəvət edirik. 
Akkreditasiya ilə əlaqədar sizi maraqlandıran sualları accreditation@bakugp.az e-mail adresinə göndərə və ya +99412 404 13 83 nömrəsinə zəng edərək bizə bildirə bilərsiniz.

Azərbaycanda ilk dəfə təşkil olunan Formula 1 yarışından sonra keçirilən mükafatlandırma mərasimində 2016-cı il Formula 1 Avropa Qran Prisinin kubokları qaliblərə təqdim olundu.

+

Red Bull Skydive komandasının iki ən istedadlı üzvü Bakıya səfərləri çərivəsində şəhər sakinlərinin qarşısında inanılmaz hava akrobatikası bacarıqlarını nümayiş etdirdilər.

+

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakıya səfər edib.

+

Sahara Force India komandasının pilotu Serxio Perez ilə eksklyüziv müsahibə.

+

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu ilin yayında Azərbaycanda keçiriləcək Formula 1 Avropa Qran Prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışını elan edir.

+

Dünya musiqisinin ulduzları 17-19 iyun tarixlərlərində Bakıda baş tutacaq Formula 1 Avropa Qran Prisi çərçivəsində konsert proqramları keçirəcək.

+

Yarış halqası müxtəlif texnoloji sistemlərdən və avadanlıqlardan ibarət olan mürəkkəb sistemdir. Bəs bu sistem necə işləyir?

+

Today we will tell you about the best four Bahrain Grand Prix.

+

Bakı Şəhər Halqasanın arxitektoru Herman Tilke ilə eksklüziv müsahibə

+


2017 Formula 1 Avropa Qran Prisinə biletlərin satışı haqqında ilk məlumatı Sən əldə et və Bakı Şəhər Halqası haqqında olan bütün yenilikləri bizdən öyrən.