FIA 2017-ci il təqvimini təqdim etdi
Ötən il ilk dəfə ölkəmizdə baş tutmuş Formula 1 üzrə Avropa Qran Prisinin adı və tarixi dəyişdirilib. Mötəbər yarış bundan sonra Avropa deyil, Azərbaycan Qran Prisi adlanacaq.
Bundan əlavə, möhtəşəm turnirin Bakı mərhələsi ötən ildən fərqli olaraq iyunun 19-da deyil, 25-də keçiriləcək.
Almaniya Qran Prisi siyahıdan çıxarıldığı üçün Formula 1 2017-ci il çempionatı 20 mərhələdən ibarət olacaq. Mövsümə martın 26-da Melburnda Avstraliya Qran Prisi ilə start veriləcək. Çempion isə düz 9 ay sonra, noyabrın 26-da Abu Dabidə bəlli olacaq.
Turnirin yekun təqvimini təqdim edirik.
26 mart -Avstraliya (Melburn)
9 aprel - Çin (Şanxay)
16 aprel - Bəhreyn (Bəhreyn)
30 aprel - Rusiya (Soçi)
14 may - İspaniya (Barselona)
28 may - Monako (Monte Karlo)
11 iyun - Kanada (Monreal)
25 iyun - Azərbaycan (Bakı)
9 iyul - Avstriya (Spilberg)
16 iyul - Böyük Britaniya (Silverston)
30 iyul - Macarıstan (Budapeşt)
27 avqust - Belçika (Spa-Frankorçamp)
3 sentyabr - İtaliya (Monza)
17 sentyabr - Sinqapur (Sinqapur)
1 oktyabr - Malayziya (Sepanq)
8 oktyabr - Yaponiya (Suzuka)
22 oktyabr - ABŞ (Ostin)
29 oktyabr - Meksika (Mexiko)
12 noyabr - Braziliya (San Paolo)
26 noyabr - BƏƏ (Abu Dabi)


