2017 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlər
İndi al
Mövsümün ikinci hissəsi son iki ilin dünya çempionu Luis Hamilton üçün heç də yaxşı keçmir – Niko Rosberq bu yarışda da aradakı fərqi daha 10 xal artırıb.

Luisin çempion olması üçün Nikonun azı bir yarışda texniki problemlə üzləşməsinə ehtiyacı var.

Malayziyadakı insidentə görə yer itirən Fettel və ötürmələr qutusunu dəyişdirən Verlyayndan başqa, start düzümünü protokollardan fərqləndirən daha iki hal baş verib –  Batton güc qurğusunu tamamilə yenilədiyi üçün ən sonuncu yerdən başlamalı olub, Raykkonen isə ötürmələr qutusunu dəyişdirdiyi üçün 5 yer itirmək cəzası alıb.

Pirelli Suzukaya Hard, Medium və Soft üçlüyünü gətirib. Yarışda hər bir sürücü ən azı bir dövrə Hard təkərdən istifadə etməli idi.  Maqnussen, Nasr və Batton yarışa Hard, Bottas, Massa, Palmer və Eriksson Medium təkərlərlə, qalan sürücülər isə Soft təkərlərlə başlayıblar.

Yarışın startı Luis üçün artıq ənənə halını almış gecikmə ilə başlayıb. Startda ləngiyən britaniyalı 8-ci yerə qədər geriləyib. Onun arxasından start alan sürücülərin də yer itirməsi fonunda, Peres 3-cü yerə qədər yüksəlib. Rosberq isə yerini qoruyub və elə ilk dövrədəcə ikinci yerdən gedən Ferstappenlə arasındakı fərqi bir saniyədən də çox artırıb. İkinci dövrədə ilk onluq belə olub: Rosberq – Ferstappen – Peres – Fettel – Rikkardo – Hülkenberq – Raykkonen – Hamilton – Qrojan – Qutyerres.

Növbəti dövrələrdə Fettel Peresi, Raykkonen və Hamilton isə Hülkenberqi keçiblər. On dövrə geridə qalarkən, ilk onluqda başqa dəyişiklik olmayıb. Pit-stopa ən erkən gedən sürücülər Ferstappen, Rikkardo, Qrojan və Kvyat olublar – Red Bull hər iki sürücüsünü eyni dövrədə ardıcıl olaraq təkər dəyişməyə çağırıb. Yarışa ön yerlərdə davam edən Rosberq, Peres və hər iki Ferrari sürücüsü 13-cü, Hamilton isə 14-cü dövrədə pitə üz tutub. Raykkonen Peresi, Hamilton isə Rikkardo və pit-stopa getməmiş Williams sürücülərini ötüb. Massa və Bottas ilk pit-stoplarını müvafiq olaraq 24-cü və 27-ci dövrədə ediblər. Bu pit-sroplardan sonra ilk beşlikdə vəziyyət belə olub: Rosberq – Ferstappen – Fettel – Hamilton – Rikkardo.

Mercedes AMG starteqləri bu dəfə də Ferrari-dəkiləri üstələyiblər – 34-cü dövrədə Hamilton pit-stopa çağırılıb və ona yenidən Hard təkərlər taxılıb. Bir dövrə sonra Fettel təkərini dəyişib və Soft-a keçib. Hamı Fettelin Hamiltonu təkər fərqinə görə ötüb keçəcəyini gözləsə də, bu baş verməyib. Təkərlərin resursunun çox tez tükəndiyi Suzukada Fettel Hamiltona nəinki hücum etmək, heç yaxınlaşa bilməyib.

Əsl mübarizə isə yarışın sonlarında baş verib. Maks Ferstappenə sürətlə yaxınlaşan Hamilton onu keçmək üçün dəfələrlə cəhd edib, lakin sonuncu döngənin çıxışında üstünlük əldə edən RB12 Maksa müdafiə olunmaq üçün ideal imkan yaradıb. Finişə bir dövrə qalmış isə Hamilton ötmə üçün yaxşı imkan əldə edib – dövrənin sonunda hətta Maksın yanına qədər çatsa da, gənc hollandiyalının bir qədər trayektoriyasını dəyişdirməsi Həmiltonu trasdan çıxmağa məcbur edib. Bir saniyədən çox vaxt itirən britaniyalı son dövrədə yenə cəhd etsə də, startdakı yerini qaytarmağa müvəffəq olmayıb və yarışı 3-cü yerdə başa vurmalı olub.

Yarışa nəzarət edən və sona qədər motora çox da güc salmayan Rosberq Suzukada ilk qələbəsini çox rahat şəkildə əldə edib. Xatırladaq ki, bundan əvvəlki iki ildə də poulu alan Niko finişi birinci keçə bilməmişdi. Bu, onun cari mövsümdəki 9-cu, karyerasında isə 23-cü qələbəsidir. O, qələbə sayında üçqat dünya çempionu Nelson Pikeyə çatıb.

Suzukada Formula1 tarixində çox nadir olan hadisə baş verib  – sürücülərin hamısı finişə çatıb.

Çempionatda Hamiltonla arasındakı xal fərqini 33-ə çatdıran Niko sona 4 yarış qalmış, çempionluğa daha bir addım yaxınlaşıb. Bütün yarışları hətta ikinci yerdə başa vurmaq çempionluq üçün kifayət edir.

Mercedes AMG yarışı 40 xalla başa vurub və ardıcıl 3-cü dəfə Mühəndislər Kubokunda çempionluğunu təmin edib.

Növbəti yarış 2 həftə sonra Ostində baş tutacaq.

Azərbaycanda ilk dəfə təşkil olunan Formula 1 yarışından sonra keçirilən mükafatlandırma mərasimində 2016-cı il Formula 1 Avropa Qran Prisinin kubokları qaliblərə təqdim olundu.

+

Red Bull Skydive komandasının iki ən istedadlı üzvü Bakıya səfərləri çərivəsində şəhər sakinlərinin qarşısında inanılmaz hava akrobatikası bacarıqlarını nümayiş etdirdilər.

+

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakıya səfər edib.

+

Sahara Force India komandasının pilotu Serxio Perez ilə eksklyüziv müsahibə.

+

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu ilin yayında Azərbaycanda keçiriləcək Formula 1 Avropa Qran Prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışını elan edir.

+

Dünya musiqisinin ulduzları 17-19 iyun tarixlərlərində Bakıda baş tutacaq Formula 1 Avropa Qran Prisi çərçivəsində konsert proqramları keçirəcək.

+

Yarış halqası müxtəlif texnoloji sistemlərdən və avadanlıqlardan ibarət olan mürəkkəb sistemdir. Bəs bu sistem necə işləyir?

+

Today we will tell you about the best four Bahrain Grand Prix.

+

Bakı Şəhər Halqasanın arxitektoru Herman Tilke ilə eksklüziv müsahibə

+


2017 Formula 1 Avropa Qran Prisinə biletlərin satışı haqqında ilk məlumatı Sən əldə et və Bakı Şəhər Halqası haqqında olan bütün yenilikləri bizdən öyrən.