2017 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlər
İndi al
Formula 1 tədbirini işıqlandırmaqda fotoqraflar çox böyük rola malikdirlər. Buna görə, biz məşhur fotoqraf Mark Satton ilə müsahibə edib, karyerası, Ayrton Senna, Bakı və digər mövzular haqqında söhbət etdik.

Avtoidman fotoqraf karyeranıza nə zaman başlamısınız? Formula 1 yarışında ilk səfərinizi xatırlayırsınızmı? Bugünə kimi neçə Qran Priyə səfər etmisiniz? 

1983-cü ildə. İllər öncə, qardaşım Keyt Satton təqribən 1981-1983-cü illərdə Ayrton Sennanın fotoqrafı olub. Onlar yaxın dost idilər və qardaşımın xahişi ilə mən, çəkilişlər üçün F3 yarışlarının keçirildiyi Outlan Parka yollandım. Bəxtim gətirdi ki, qəza mənim önümdə baş verdi və fotoya aldığım kadrlar ən məşhur qəza fotoları oldu. Bu fotolar gələcək karyeramda ilk addımları atmağa yardımçı oldu. 1984-cü ildə Mançesterdə yerləşən fotostudiyada assistent olaraq çalışmağa başladım. Bu iş böyük təcrübə qazanmağıma, dekorasiya və işıqlandırma sahəsində yeni biliklər almağıma yardımçı oldu. 1985-ci ildə qardaşım Sutton Photographic adlı yeni agentlik qurmağı təklif etdi və bununla mənim karyeramda yeni səhifə açıldı. 

Bugünə kimi nə qədər foto çəkdiyinizi hesablamısınızmı? 

Xeyr, həddindən artıq çoxdur. Bir onu qeyd edə bilərəm ki, hər həftəsonu F1 yarışında 3-4 min foto çəkilir və hal-hazırda www.sutton-images.com veb-səhifəmizdə 1,25 milliondan çox foto, habelə 1960-2016-ci illər ərzində çəkilmiş cəmi 5 milyon ədəd ağ-qara, rəngli və rəqəmsal foto var. 

Karyerınızı avtoidman fotoqrafı kimi qurmaq qərarının səbəbi nə idi?

Mən doğulandan bəri atam məni yarışların keçirildiyi yerlərə aparırdı. Anam atama hər zaman deyirdi ki, uşaqları yarışlara apar, dostlarınla tanış et, yarışın necə keçirildiyini və avomobilləri göstər. Demək olar ki, mən, F1 və avtoidmanla böyümüşəm. Sonradan biz F1 yarışlarına azarkeş kimi gedirdik. 1976-ci ildə Brands Hatch-də Cemys Hant ilə Laudanın qarşıdurmasının şahidi olmuşam. Hətta Graham Hillin qələbəsini necə bayram etdiyi də yadımdadır. Daha sonra qardaşım 17 yaşında Mançester yaxınlığında olan Outlan Park trekinə giriş əldə etdi. Hər həftəsonu fotolar çəkərdi, mən isə ona anbarımızın qaranlıq bir otağında fotoları çap etməyə yardım edərdim. 

Bugünə kimi ən çox hörmət etdiyiniz pilot kim olub? 

Bütün F1 pilotlarına dərin hörmət bəsləyirəm, lakin əlbəttə keçmişin əfsanəvi pilotları mənim qəhrəmanlarımdır. F3 yarışlarından F1 yarışlarına kimi ideal olaraq qəbul etdiyim Ayrton Senna, həmçinin faciəvi şəkildə itirdiyimiz Roland Ratzenberger və İmolada baş verən hadisədə az qala itirəcəyimiz Barikello ən yaxın dostlarım idi. Bizim ofisə yaxın yaşadıqlarından tez-tez bizi ziyarət etməyə gələrdilər. Ayrton Senna haqqında xatirələrim çoxdur. Onun gülüşünü heç bir zaman unutmuram.  Jurnalistlərin istənilən suallarını hər zaman təmkinlə cavablandırmağa vaxt ayırırdı. Buna görə ona çox böyük hörmətim var. 

F1 dünyasında foto çəkərkən ən çox çətinlik çəkdiyiniz şəxs kimdir? 

Luis Hamilton. Onu, uşaqlıq vaxtlarından izləyirəm. İlk dəfə onu 1990-ci illərdə Birminqhamda görmüşəm. O zaman GP2 yarışlarında mükəmməl nəticə göstərirdi. Hər zaman diqqət mərkəzində idi. GP2 yarışlarında mükəmməl yarışırdı və yarışda qələbəsindən sonra sadə bir oğlanın fotosunu çəkdiyimi bugünə kimi xatırlayıram. O gündən çox illər ötüb. O McLareni tərk etdikdən sonra bir çox şey dəyişdi və Luis tamamilə başqa bir insan oldu. O, bizi hal-hazırda xəbər və ya məşhurları çəkən paparazzi fotoqrafı kimi görür. Lakin bu belə deyil. Biz möhtəşəm fotolar çəkmək istəyirik və o, bizə biraz vaxt ayırsa, biz ona bunu sübut edə bilərik. Bir pilot kimi isə yarış zamanı o, ən güclü və ən sürətli pilotdur. Özünüz də bunun şahidisiniz. 

Karyeranızda ən gülməli hadisə hansı olub? 

Xatırladığım ən gülməli hadisələrdən biri 2013-cü ildə Bəhreyndə F1 rəhbəri Berni Ekklestonun media otağına gəlib, kimin orda olduğunu yoxlayan zaman baş verdi. Mən hər zaman olduğu kimi, kompyuterimin önündə iş başında idim. Berni mənim kompyuterimə yaxınlaşıb fotoları redaktə etmək üçün ekranı bağladığım örtünü götürdü və bunun nə üçün lazım olduğunu soruşdu. Sonra örtünü götürüb başıma qoydu. Bunu edən zaman mən Roma Papasına bənzədim. Berni buna çox güldü. Hətta qardaşım bu anı öz fotokamerasına qeyd etdi. Bu çox gülməli idi. 

Sizin üçün ən yadda qalan Qran Pri yarışı hansı olub? 

Braziliya 2009, Censon Battonun Brawn 001 bolidi ilə Dünya çempionu olduğu gün. Mən fotoaparatımın linzasını yerə salmışdım və yanımda yedək linza yox idi. Çox səmimi bir fotoqraf öz linzasını mənə təqdim etdi. Bu, adətən mənim istifadə etmədiyim 14-24 mm-lik linza idi. 

Yarış başladı və sonda bildik ki, Censon çempion oldu. Biz onu izləmək üçün qapalı parka doğru getdik. Censon məşqçisi olan Maykın yanına gedirdi.  Dəbilqədə idi. Lakin mənə emosiyalar, üzdə olan sevinc hissini çəkmək lazım idi. O zaman mən ona dəbilqəni çıxarmağı xahiş elədim. Çox yaxından mükəmməl fotolar çəkə bildim. Səhərisi gün bütün Britaniya qəzetləri mənim çəkdiyim fotoları nəşr etmişdi. Möhtəşəm gün idi və mən bu günü heç bir zaman unutmayacam. 


Hər bir Qran Pri yarışında neçə fotoaparatdan istifadə edirsiniz? 

X2 Nikon D5 fotoaparat gövdəsi
Nikkor 500mm F4
Nikkor 200-400mm F4
Nikkor 70-200mm F2.8
Nikkor 24-70mm F2.8
Nikkor 14-25mm F2.8
Nikkor Fisheye 10.5mm F2.8
Nikkor 1.4x converter
X2 Nikon Speedlite SB-910



"Sutton Images"-də neçə fotoqraf işləyir?

İllər öncə, yəni 90-cı illərdə ştatda 8 fotoqrafımız var idi. O zaman, fotoların çap olunması bir az vaxt və iş tələb edirdi. Rəqəmsəl zamana qədəm qoyduqdan sonra işimiz daha da asanlaşdı. Hal-hazırda fotoqraflarla frilans sistemi üzrə əməkdaşlıq edirik. Adətən yarış zamanı 4 fotoqraf çalışır, lakin bəzi Qran Prilərdə, məsələn Bakıda keçirilən yarışda hər anı lentə almaq üçün 6 və ya 8 fotoqraf çalışırdı. 

Ən çox fəxr etdiyiniz foto hansıdır?

Mika Hakkinenin “Uçan finlandiyalı" fotosu. Yəqin ki, bizim şirkətə məxsus ən məşhur fotodur. 1993-cü ildə, Formula 1-də çalışmamın ikinci ilində bu fotonu çəkmişdim. Yarış Adelaidada keçirilirdi. Bütün fotoqraflar öz yerləni tutmuşdular. Şəhər treki olduğundan biz divarın arxasında öz yerimizi almışdıq. Üstümüzdə isə reklam lövhəsi var idi. Bu bucaqdan fotolar pis alınmırdı. Həm şəhər panoraması ilə fotolar çəkə bilirdik, həm də pilotlar bu döngədə əyləcə basdıqda çox gözəl kompozisiyalar yaranırdı. Bir neçə ümumi foto çəkdim və birdən kiminsə bərk əyləcə basdığını eşitdim. Dərhal fotoaparatımı səs gələn tərəfə yönəldib düyməni basdım. Sonra ətrafıma baxıb fotoqraflardan nə gördüklərini soruşdum, lakin heç nə görmədiklərini bildirdilər. Fotonun istədiyim kimi alındığına əmin deyildim. Yalnız axşam fotoları çap etdikdən sonra, qardaşım mükəmməl bir foto çəkdiyimi mənə bildirdi. Biz həmin fotonu 20*16 ölçüsündə 50 nüsxədə çap etdik. Hətta Mikaya bu fotonu göstərəndə “Bu mən ola bilmərəm, bolid çox yüksəkdədir” sözlərini dedi. Finlandiyalı pilotun mühəndisləri də heyrətlə bu fotonu qarşıladılarr və bolidin yerə enən zaman dağılmamasına təəccübləndilər. Mika bu fotonu “The Flying Finn” kimi imzaladı. Bu foto agentliyimizin ən məşhur fotosu oldu. 

Formula 1-in yeni treklərinə səfər etdikdə ən çox nədə çətinlik çəkirsiniz? 

İlk öncə obtektlərin yerləşdiyi yerləri və konfiqurasiyasını öyrənirik. Pilotlar kimi, biz də trek haqqında məlumatlı olmalıyıq və ən yaxşı foto mövqelərini təyin etməliyik. Habelə mükəmməl foto görüntülər almaq üçün xüsusi yerlərimiz olur – qrup şəklində fotolar, bolidlərdən çıxan qığılcımlar, start düzülüşü, podium və s. Beləliklə, biz bütün günümüzü treki daha yaxından tanımağa sərf edirik. 

Bakı səfərindən təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi? 

Şəhəri istədiyim kimi gəzə bilməsəm də, Bakını çox bəyəndim. İş qrafikimiz çox gərgin idi. Ümid edirəm ki, 2017-ci ildə Bakıya daha tez gəlib, şəhəri gəzmək şansı, milli mətbəxinizi dadmaq və qonaqpərvərliyinizdən zövq almaq imkanı əldə edərəm. Ümumilikdə, hər şey çox yaxşı idi. Yarış zamanı insanlarla dolu tribunaları görmək, mükəmməl təşkil edilmiş tədbiri lentə almaq inanılmaz dərəcədə zövqlü idi. 



Bakı nə ilə yaddaşınızda qaldı? 

Qonaqpərvərlik: hava limanından otelə kimi bizi qarşılayan insanlar, trek üzərində çalışanlardan marşallara kimi hər kəs bizə yardım etmək istəyirdi. Ümumiyyətlə, yeni ölkələrə səfər etməyi çox sevirəm. Yarış həftəsonu günlərindən birində məni İçəri Şəhərdə yerləşən binalardan birinin balkonuna dəvət etdilər. Oradan çox gözəl fotolar çəkdim. Habelə, məni kofeyə qonaq edib, əllərindən gələn köməkliyi göstərirdilər. 2017-ci ildə Bakıda keçiriləcək yarışı səbirsizliklə gözləyirəm! 

Azərbaycanda ilk dəfə təşkil olunan Formula 1 yarışından sonra keçirilən mükafatlandırma mərasimində 2016-cı il Formula 1 Avropa Qran Prisinin kubokları qaliblərə təqdim olundu.

+

Red Bull Skydive komandasının iki ən istedadlı üzvü Bakıya səfərləri çərivəsində şəhər sakinlərinin qarşısında inanılmaz hava akrobatikası bacarıqlarını nümayiş etdirdilər.

+

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakıya səfər edib.

+

Sahara Force India komandasının pilotu Serxio Perez ilə eksklyüziv müsahibə.

+

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu ilin yayında Azərbaycanda keçiriləcək Formula 1 Avropa Qran Prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışını elan edir.

+

Dünya musiqisinin ulduzları 17-19 iyun tarixlərlərində Bakıda baş tutacaq Formula 1 Avropa Qran Prisi çərçivəsində konsert proqramları keçirəcək.

+

Yarış halqası müxtəlif texnoloji sistemlərdən və avadanlıqlardan ibarət olan mürəkkəb sistemdir. Bəs bu sistem necə işləyir?

+

Today we will tell you about the best four Bahrain Grand Prix.

+

Bakı Şəhər Halqasanın arxitektoru Herman Tilke ilə eksklüziv müsahibə

+


2017 Formula 1 Avropa Qran Prisinə biletlərin satışı haqqında ilk məlumatı Sən əldə et və Bakı Şəhər Halqası haqqında olan bütün yenilikləri bizdən öyrən.