2017 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlər
İndi al
Azərbaycan tarixində Formula 1 üzrə ilk dəfə keçirilən Avropa Qran Prisinə tibb işçilərinin necə hazırlaşmasından Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tibb bölməsinin rəis müavini cənab Rəşid Vəzirov bəhs etdi.

Formula 1 gizlində dünya avtomobil yarışları üzrə ən təhlükəsiz idman növü kimi tanınır. Buna pilotların və treklərin (yarış yollarının) təhlükəsizliyini daha yüksək səviyyədə təmin etməklə, həmçinin qəza hallarının fəsadlarını minimum səviyyəyə salmaqla nail olunub. Bu adın qorunmasında tibb işçilərinin zəhməti danılmazdır.

Azərbaycan tarixində Formula 1 üzrə ilk dəfə keçirilən Avropa Qran Prisinə tibb işçilərinin necə hazırlaşmasından Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tibb bölməsinin rəis müavini cənab Rəşid Vəzirov bəhs etdi.

Üzümüzə gələn yay Bakı şəhəri tarixdə ilk dəfə olaraq Formula 1 çempionatının mərhələlərindən birinə ev sahibliyi edəcək. Zəhmət olmazsa, yarış zamanı tibb xidmətlərinin necə təşkil edilməsindən danışın.

Düz buyurusunuz, tibb xidmətinin təşkili Formula 1 mərhələsinin keçirilməsi ərəfəsində ən vacib məsələlərdən biridir. Beynəlxalq Avtomobil Federasiyasının (FIA) tələblərini, eləcə də bu idman növü ilə bağlı olan mümkün riskləri nəzərə almaqla BŞH-nın tibb bölməsi uzun sürədir ki, gözlənilən bu yarışın hazırlığına diqqətlə və məsuliyyətlə yanaşır.
Ölkəmizin idman sahəsi də daxil olmaqla irimiqyaslı tədbirlər zamanı tibb xidmətlərinin təşkili və göstərilməsi üzrə təcrübəsinə baxmayaraq, FIA-nın özünəməxsus tələbləri vardır və bunlar hökmən yerinə yetirilməlidir. Xidmətimizi dünya standartlarına cavab verməklə yaratmaq üçün Bəhreyn Avtoyarışlar Federasiyası ilə əməkdaşlıq çərçivəsində həmin ölkənin qarşısında olan müvafiq tapşırıqların 12 ildir ki, öhdəsindən gələn tibb heyətini layihəyə cəlb etmişik. Bu heyətin rəhbəri, Formula 1 yarış mərhələsinin birinci ili hazırlıq funksiyalarını icra edən cənab Əmcad Obeiddir. Onun çoxillik təcrübəsi tibb işçilərimizin peşəkarlığı ilə vəhdət yaradaraq bütün heyətlərin işinin vaxlı-vaxtında planlaşdırılmasına və qurulmasına zəmin yaratdı.

Ümumiyyətlə, işimiz, pilotlar və onlara qullluq edən texniki heyət, həmçinin tamaşaçı kütləsi kimi iki əsas istiqamət üzrə ixtisaslaşmış yardımın göstərilməsini nəzərdə tutur.

Pilotlara tibbi yardım təminatı məqsədilə altıkilometrlik yarış yolu boyu 12 ədəd təcili yardım maşını, reanimasiya briqadaları (MIV) üçün dörd ədəd maşın, pilotların bolidlərdən təxliyyə edilməsi sahəsində sertifikatlaşmış mütəxəssislər üçün üç ədəd maşın, həmçinin reanimatoloq və paramediklərdən (ilk tibb yardımı göstərənlərdən) ibarət olan 11 səyyar heyət düzüləcək.

Bundan başqa, yuxarıdakı məsələləri tamamlamaq üçün xüsusilə tikilmiş və bu yaxınlarda istismara verilmiş tibb mərkəzini qeyd etmək istərdim. Burada reanimasiya tədbirləri, radioloji (ultrasəs və rentgen) müayinələr, qeyri-təcili və bir sıra digər xidmətlər təmin ediləcək.

Yarış zamanı heyətimizə yerli mütəxəssislərlə yanaşı Bəhreyndən olan peşəkarlar qatılaraq bu qəbildən olan tədbirlərin keçirilməsində əldə etdikləri çoxillik təcrübəni bizimlə bölüşəcəklər.

Zərurət yarandıqda pasiyentlər müalicə və tibbi qayğı üçün bütün şəraitlə təmin edilmiş Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) yerləşdiriləcəklər. Müxtəlif dərəcəli yanıqları olan pasiyentlər üçün Səhiyyə Nazirliyinin dəstəyi ilə MNX-nin reanimasiya bölməsi əsasında ixtisaslaşmış xüsusi bölmə yaradılmış və bütün avadanlıq və cihazlarla təchiz edilmişdir, burada növbə duracaq dörd mütəxəssis Ankaradakı (Türkiyə) ən mühüm xəstəxanaların birinin yanıq mərəzində biraylıq təlim keçib, əlavə 20 mütəxəssis isə ACLS/BLS (ixtisaslaşmış ürək-damar və ümumi reanimasiya yardımı) mövzusunda təlim keçib.

2015-ci ildə keçirilmiş ilk Avropa Oyunlarında tibb xidmətinin təşkili ilə bağlı şəxsən təcrübəniz olub. Bu iki idman yarışını müqayisə etdikdə hazırki işiniz nə ilə fərqlənir? Formula 1 Avropa Qran Prisində tibb xidməti ilə bağlı FIA tərəfindən hansı xüsusi tələblər irəli sürülüb?

İlk Avropa Oyunları zamanı əldə edilmiş təcrübə əvəzsizdir. Bu təcrübə bizə bu gün də mümkün riskləri olduğu kimi qiymətləndirmək, mövcud resursların bölgüsünü səmərəli qaydada planlaşdırmaq və zənnimcə, ən əsası, işə can yandıran, bir daha idman dünyasına qovuşmaq və bu qədər vacib yarışın keçirilməsinə öz töhfəsini vermək istəyində olan çoxsaylı mütəxəssisləri qazanmaq imkanını verib.

Fərqli və səciyyəvi xüsusiyyətlərə gəldikdə isə artıq qeyd etdiyim kimi, hər idman növünün özünəməxsus cəhətləri var. FIA tələblərinə əsasən, yarış yolu boyu yerləşdiriləcək tibb heyətləri xüsusi geyimdə olmalı və ləvazimatlarla təchiz edilməlidir. İnanın, çiynində ağır reanimasiya dəstini daşıyan, əllərinə isə qalın rezin əlcək geyinmiş mütəxəssis üçün bunu qızmar iyun günəşi altında etmək heç də asan deyil.

Bakı yarış yolunun özünəməxsus bənzərsizliyi Formula 1 tarixində ən dar keçidin Əziz Əliyev küçəsində 7.6 metr enində olmasıdır. İçərişəhər qala divarlarının kənarında yerləşən bu hissəni ilk dəfə görmüş mütəxəssislərin çoxu ona heyran olmuş, eyni zamanda narahatlığını gizlətməmişdir. Həmin hissəsə hər hansı qəza baş verərsə təcili tibbi yardım necə təşkil ediləcək? Helikopterdən istifadəni planlaşdırırsınızmı?

Məhz bu hissəni digərlərindən ayırmazdım... Digər xidmətlər kimi tibb işçiləri yarış yolunun bütün uzunluğu boyu pilotların təhlükəsizlik təminatına böyük məsuliyyətlə yanaşırlar. Axı toqquşmanın harada baş verəcəyini qabaqcadan kim müəyyən edə bilər? Mütəxəssislər belə buna qadir deyillər. Helikopterə gəldikdə isə buna ehtiyac yoxdur, çünki təcili yardım maşınının tibb məntəqəsindən MNX-ə çatma müddəti beş dəqiqəni aşmır.

Pilotlara göstəriləcək tibbi xidmətdən bəhs etdiniz. Bəz zərurət yarandıqda tamaşaçılara necə xidmət göstəriləcək?
Tamaşaçılara tibbi xidmət göstərmək üçün tribunaların hər birinin yaxınlığında tibb məntəqəsi, həmçinin təcili yardım karetləri (örtülü minik arabaları) nəzərə alınıb, Azərbaycan Tibb Universitetinnin (ATU) yuxarı kurslarından təxminən 100 tələbə layihəyə cəlb edilib.

Tələbələr layihə çərçivəsində hansı işi görəcəklər? Yarış zamanı könüllü kimi iştirak edəcəklərmi və bu məqsədlə onlara xüsusi təlim keçirilibmi?

İlk Avropa Oyunlarının keçirilməsi təcrübəsi ona dəlalət etdi ki, tələbələr ilk tibbi yardımın göstərilməsində əvəzsizdirlər. ATU tələbələrinin ümumi məqsədə, yəni şəhərimizin sakinlərinin və qonaqlarının təhlükəsizliyini təmin etmək üçün necə əzmkarlıq və həvəslə səy göstərmələri bizi heyrətləndirmişdir.

Təlimlərin keçirilməsi fikrinə gəldikdə təmamilə haqlısınız. Avropa Oyunlarında olduğu kimi Respublika Müalicəvi Diaqnostika Mərkəzi nəzdindəki təlim mərkəzi vasitəsilə 100-dən çox tələbəyə və eyni sayda üst və orta tibb heyəti üzvlərinə təlim keçmişik.

Formula 1 dünya çempionatının Bakıda keçiriləcək Avropa Qran Prisinin iştirakçılarına necə tibbi heyət üzvü xidmət göstərəcək? Onların seçimi necə aparılıb və onlara yarışdan əvvəl xüsusi hazırlıq keçirilibmi?

Ümumiyyətlə, bu layihəyə 200-dən çox tibb işçisi cəlb edilib. İştirak etmək istəyində olanların sayı daha çox idi, namizədlər mütəxəssislərimizin təşkil etdikləri müsahibədən keçdilər. Həmçinin Səhiyyə Nazirliyinin tövsiyə etdiyi tibb işçilərini heyətimizə qəbul etdik. Nəticə etibarilə, Azərbaycanda Formula 1 yarışlarının ilk dəfə keçirilməsinə töhfə verməyə hazır olan möhkəm bir heyəti formalaşdırdıq.

Əlavə olaraq onu qeyd etmək istərdim ki, Bəhreyndən olan heyətin dəstəyi ilə Bakıda 28-30 may tarixlərində avtoyarışlar mövzusunda nəzəriyyə və praktiki hissədən ibarət olan illk tibbi seminar baş tutub. Məncə bu seminar həmkarlarımızın böyük marağına səbəb oldu; belə ki, onlar avtoyarışlar, mümkün travmaların xüsusi cəhətləri və qeyri-adi şəraitdə tibbi yardımın göztərilməsinə dair xüsusiyyətlər haqqında xeyli məlumat və biliklər əldə etdilər.

Sonda nəsə demək istərdinizmi?

Sonda, tibb avadanlığı, dərman preparatlarının təchizatını əməli olaraq öz üzərinə götürmüş, həmçinin yüksəkixtisaslı mütəxəssislərin layihəyə cəlb edilməsində və tibb xidmətinin strateji planlaşdırılmasında əvəzsiz zəhməti olan Səhiyyə Nazirliyinin olduqca böyük dəstəyini vurğulamaq istərdim.

Əvvəlki təcrübəmizdən göründüyü kimi, son nəticə heyətdəki birlik abu-havasından, heyət üzvlərinin onlara verilmiş tapşırıqlara bəslədikləri münasibət və məsuliyyətli yanaşmalarından birbaşa asılıdır. Bu isə bizə hər şeyin yüksək səviyyədə baş tutacağını düşünmək haqqını verir, çünki özümüzkilərdən tam əminəm!

Azərbaycanda ilk dəfə təşkil olunan Formula 1 yarışından sonra keçirilən mükafatlandırma mərasimində 2016-cı il Formula 1 Avropa Qran Prisinin kubokları qaliblərə təqdim olundu.

+

Red Bull Skydive komandasının iki ən istedadlı üzvü Bakıya səfərləri çərivəsində şəhər sakinlərinin qarşısında inanılmaz hava akrobatikası bacarıqlarını nümayiş etdirdilər.

+

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakıya səfər edib.

+

Sahara Force India komandasının pilotu Serxio Perez ilə eksklyüziv müsahibə.

+

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu ilin yayında Azərbaycanda keçiriləcək Formula 1 Avropa Qran Prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışını elan edir.

+

Dünya musiqisinin ulduzları 17-19 iyun tarixlərlərində Bakıda baş tutacaq Formula 1 Avropa Qran Prisi çərçivəsində konsert proqramları keçirəcək.

+

Yarış halqası müxtəlif texnoloji sistemlərdən və avadanlıqlardan ibarət olan mürəkkəb sistemdir. Bəs bu sistem necə işləyir?

+

Today we will tell you about the best four Bahrain Grand Prix.

+

Bakı Şəhər Halqasanın arxitektoru Herman Tilke ilə eksklüziv müsahibə

+


2017 Formula 1 Avropa Qran Prisinə biletlərin satışı haqqında ilk məlumatı Sən əldə et və Bakı Şəhər Halqası haqqında olan bütün yenilikləri bizdən öyrən.