Tickets for the 2017 Formula 1 Azerbaijan Grand Prix
Buy now
Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bir qrup yerli idman jurnalisti ilə görüş keçirib.

Görüşün keçirilməsində məqsəd bu il Azərbaycanda ilk dəfə keçirilmiş Formula 1 yarışının nəticələri və növbəti il üçün hazırlıqlara dair fikir mübadiləsi aparmaqdır.

Görüş zamanı qeyd olunub ki, son illər ərzində ölkədə idman, turizm və mədəniyyət sahəsində aparılan böyük islahatlar iri miqyaslı beynəlxalq yarışların və tədbirlərin həyata keçirilməsi üçün əlverişli mühit yaradıb. 

Bunun təbii nəticəsi olaraq bu ilin yayında uğurla baş tutmuş Avropa Qran Prisi Formula 1 tarixində yeni səhifə açmaqla yanaşı həm də Azərbaycanın, xüsusən də paytaxt Bakı şəhərinin bütün dünyada yarış həvəskarları tərəfindən daha yaxından tanınmasına öz töhfəsini verib. 

Belə ki, yarışı izləmək üçün xarici ölkələrdən Azərbaycana minlərlə turist səfər edib və ümumilikdə milyonlarla televiziya tamaşaçısı yarışı canlı olaraq izləyib. 

Bakı Şəhər Halqasında keçirilmiş Avropa Qran Prisi zamanı 2016-cı il Formula 1 mövsümündə şəhər trekləri arasında ən yüksək sürət qeydə alınıb. “Williams” komandasının pilotu Valteri Bottas trekin 2,2 km olan dənizkənarı hissəsində 366 km/saat sürətlə hərəkət edərək Bakı Şəhər Halqasında keçirilən ilk yarışda ən yüksək sürəti reallaşdırıb. 

Bununla yanaşı 2016 Avropa Qran Prisində başqa bir rekord da əldə olunub. “Williams” komandası 1,92 saniyədə pit-stop əməliyyatını həyata keçirməklə Formula 1 tarixində ən sürətli pit-stop edən komanda adına yiyələnib.

Görüş zamanı çıxış edən Nigar Arpadarai növbəti il üçün artıq hazırlıqlara start verildiyini bildirib: “Ötən yay Formula 1-in Bakıya gəlişi ‘Odlar Ölkəsində, Sürət Zirvəsində’ devizi ilə baş tutdu və yarış devizə uyğun olaraq reallaşdı. Belə ki, Azərbaycanda ilk dəfə keçirilən Avropa Qran Prisi zamanı digər şəhər trekləri ilə müqayisədə Bakı Şəhər Halqasında ən yüksək sürət qeydə alındı və həmçinin bu yarış zamanı Formula 1 tarixində ən sürətli pit-stop əməliyyatı həyata keçirildi. Ölkəmizdə ilk dəfə keçirilən Formula 1 yarışını Avropa Qran Prisi adlandırmaqda məqsədimiz Bakı yarışını bu idmanın ənənəvi mərkəzi və azarkeşləri ilə yaxınlaşdırmaq və eyni zamanda Bakı şəhərinin sahib olduğu bir çox Avropa dəyərlərini daha geniş beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Milyonlarla qlobal azarkeşin qarşısında paytaxtımızda ilk dəfə Formula 1 yarışını uğurla keçirdikdən sonra biz hesab edirik ki, bu yarışın adını artıq öz ölkəmiz ilə əlaqələndirməyin tam vaxtıdır. İnanırıq ki, növbəti ildən etibarən Bakıda keçiriləcək yarış Formula 1 Azərbaycan Qran Prisi (Formula 1 Azerbaijan Grand Prix) adlandırılacaq. Biz 2017-ci ildə Bakı Şəhər Halqasında keçiriləcək növbəti Formula 1 yarışını birlikdə qeyd etmək və yarış coşğusunu yaşamaq üçün sizinlə yenidən işləməyi səbrsizliklə gözləyirik.”

Sorğu üçün press@synergy.az ünvanına e-mail göndərməklə əlavə məlumat əldə edə bilərsiniz.




Meeting with journalist

 The 2016 FORMULA 1 GRAND PRIX OF EUROPE trophies were presented today at the podium ceremony after the first ever F1® race was staged in Azerbaijan.

+

Red Bull Skydivers raised the national flag of Azerbaijan as well as the 2016 FORMULA 1 GRAND PRIX OF EUROPE flag to vertiginous heights where they decorated the the fascinating Baku bay scenery from above.

+

Charlie Whiting in Baku to check on track preparations ahead of Baku’s F1 debut June 17th-19th.

+

EXCLUSIVE INTERVIEW: Sergio Pérez, Formula 1 Driver for Sahara Force India.

+

Baku City Circuit is pleased to announce the opening of new ticket outlets for the 8th round of Formula 1 World Championship – the 2016 FORMULA 1 GRAND PRIX OF EUROPE which will be hosted this June in Baku.

+

Global Music Superstars to Entertain F1 Fans in Baku Weekend of 17th-19th June.

+

Race track is the complex set of different technology systems and equipment. How this system work?

+

Today we will tell you about the best four Bahrain Grand Prix.

+

F1 Circuit Architect, Hermann Tilke, Speaks Exclusively to Baku City Circuit.

+

Be the first to know about ticket sales start on
European Grand Prix 2017 and be updated with the latest news Baku City Circuit